Brüsseldən açıq mesaj: Aİ 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdırbackend

Brüsseldən açıq mesaj: Aİ 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Aİ “etibarlı” tərəfdaş kimi qalmaq üçün 2030-cu ilə qədər genişlənməlidir.

Editor.az xəbər verir ki, Mişel Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışı zamanı deyib.

“Aİ-nin növbəti strateji gündəmini hazırlayarkən özümüzə dəqiq hədəf qoymalıyıq. Bütün tərəflər 2030-cu ilə qədər genişlənməyə hazır olmalıdır”,-deyə o bildirib.

Forumun iştirakçıları arasında Aİ-yə namizəd ölkələr olan Albaniya, Bosniya və Herseqovina, Moldova, Monteneqro və Şimali Makedoniya da olub.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzə başladıqdan sonra Aİ Ukrayna, Moldova, Bosniya və Herseqovinaya namizədlik statusu verib. İşğaldan sonra Aİ Qərbi Balkanlar və Şərqi Avropadakı namizədləri ilə danışıqları intensivləşdirib.

Qeyd edək ki, Aİ-nin ən köhnə namizəd ölkəsi olan Türkiyə ilə Brüssel arasında aparılan danışıqlar hazırda dondurulub.

//Gülnarə Abasova, Editor.az

 

Facebook Notice for EU! You need to login to view and post FB Comments!