Brüsseldən dövlət başçısı İlham Əliyev tərəfindən İrəvana və Moskvaya AÇIQ MESAJbackend

Brüsseldən dövlət başçısı İlham Əliyev tərəfindən İrəvana və Moskvaya AÇIQ MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə dövlət başçısı İlham Əliyev tərəfindən Yerevana və Moskvaya açıq mesajlar verilib.

“Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”, –  Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanla görüşündə dəhliz məsələsi əsas gündəm mövzusu olub. Ermənistan bu məsələni müzakirə etmək istəmir. Artıq Prezident gündəliyi açıqladı:

“Prezidentin Laçın dəhlizi ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Ermənistan dəhliz deyil, özü nəzarət etmək istədiyi yolu vermək istəyirsə, bu, 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə ziddir. Azərbaycanda haqlı olaraq Laçın dəhlizində post qoya bilər. Rusiyanın mövqeyinə gəldikdə isə, Rusiya Ermənistanı bundan sonra dəhlizə məcbur edə bilər. Əks təqdirdə Laçın dəhlizi ilə bağlı Rusiya- Azərbaycan münasibətləri kəskinləşə bilər. Bu da Moskvanın marağında deyil”.

//Gülnarə Abasova, Editor.az