Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Bryansk vilayətində diversiya qrupunun hücumunu “təxribat” adlandırıb.
Editor.az bildirir ki, bu barədə o, Twitter-də yazıb: “Rusiya Federasiyasında Ukraynanın “təxribat qrupu”nun hekayəsi klassik təxribatdır və müəyyən “partizan”ların əməlidir”.
Qeyd edək ki, bu gün, martın 2-də günorta saatlarında Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz Ukraynanın təxribat-kəşfiyyat qrupunun Klimovski rayonu ərazisinə daxil olduğunu elan edib. KİV hakimiyyət orqanlarına istinadən Lyubeçan kəndində 6 nəfərin əsir düşməsi və ukraynalı diversantlarla toqquşma barədə məlumat yayıb.
Ölənlər və yaralılar var. Telegram kanallarında “Rusiya Könüllülər Korpusu”nun hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumatlar da yayılıb.
//Samir Qurbanov, Editor.az