Bryansk vilayətində Rusiyanın açıq havada qorunan böyük silah-sursat anbarı vuruldubackend

Bryansk vilayətində Rusiyanın açıq havada qorunan böyük silah-sursat anbarı vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Bryansk vilayətində Rusiyanın açıq havada qorunan böyük silah-sursat anbarını vurub.

Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, bu, cəbhə xəttinə ən yaxın olan Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalı idi. Kovalenkonun qeyd etdiyi kimi, arsenal Ukrayna ilə sərhəddən cəmi 114 km aralıda yerləşib. “Anbarda KXDR-dən olan döyüş sursatı saxlanılıb”, – Fəaliyyət Mərkəzinin rəhbəri əlavə edib.

//Samir Qurbanov, Editor.az