BŞBPİ-yə yeni rəis müavini təyin edildibackend

BŞBPİ-yə yeni rəis müavini təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifəni general-mayor Teymur Hacıyev daşıyırdı. T. Hacıyev bir neçə gün öncə tutduğu vəzifədən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.