“Bu açıqlamalar ikili siyasətdən xəbər verir”-Deputatdan AÇIQLAMAbackend

“Bu açıqlamalar ikili siyasətdən xəbər verir”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya ikili standartlar və selektiv münasibətlər məngənəsində boğulur. Biz bu ədalətsizliyi 30 il müddətində gördük. Həm beynəlxalq hüquq, həm də ədalətin Azərbaycanın tərəfində olmasına baxmayaraq biz haqqın bərpa olunmasına şahid olmadıq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz gücünə həm iqtisadi potensialını, həm də hərbi gücünü artırdı:

“Bununla da həmin ədaləti bərpa edib. Bu gün ölkəmizə qarşı belə münasibətlər davam edir. Azərbaycanın BMT tərəfindən tanınmış ərazisinin daxilində  kimliyi məlum olamayan insanlar, terrorçular ərazilərimizdə təbii sərvətləri istismar edirlər. Onun qarşısını almaq üçün QHT üzvləri və ekofəallar aksiyalara davam edir. Təşkilatların və hər hansı ölkə liderinin qərəzli açıqlamalar verməsi gözləniləndir. İkili siyasətlər, belə fikirlər Azərbaycanı getdiyi yoldan döndərə bilməz. Papa Fransisk Cənubi Qafqazda Laçın dəhlizindəki vəziyyətdən narahat olduğunu dilə gətirib. Bu, həm də xristian təəssübkeşliyindən qaynaqlanır. Digər məsələ proyekt dövlət olan Ermənistanın yaradılmasıdır. Türkiyə və Azərbaycana qarşı inkişafımızın, tərəqqimizin qarşısını almaq məqsədilə yaradılıb. Bu qurama ölkənin süqut etməsinə razı olmayanlar var. Milyonlarla insanın evlərindən didərgin düşməsi, terrora məruz qalmasına cavab olaraq Fransiskdən açıqlamalar görmədik. ABŞ, Kanada, Fransa, Argentinanın və digər ölkələrin də harayını eşitmədik. Dinc aksiya və humanitar yolun açıq olması, sülhməramlılar tərəfindən bağlanan yolun Azərbaycanın üzərinə atılması cəhdləri dediklərimizin bariz nümunələridir. Bu, siyasi riyakarlıq, mənəviyyatsızlıqdır. Amma bunlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir”.

//Safura Bənnayeva, Editor.az