“Bu açıqlamalar Trampın yenidən hakimiyyətə gəlməsi ilə əlaqədardır”-ŞƏRHbackend

“Bu açıqlamalar Trampın yenidən hakimiyyətə gəlməsi ilə əlaqədardır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Viktor Orbanın açıqlaması sürpriz olmadı. Çünki bəllidir ki, Orban Rusiya ilə münasibətlərə xüsusi üstünlük verir. Vladimir Putinlə şəxsi münasibətləri var, eyni zamanda Ukraynada Rusiyanın maraqlarının təmin olunmasını istəyir. Buna qarşı olaraq Avropa İttifaqı, ABŞ-ın sərt mövqe almasını qəbul etmir”.

Bunu Editor.az-a politoloq Turab Rzayev Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqının Ukrayna münaqişəsində uduzduğunu, Rusiyanın isə öz mövqeyini günü-gündən gücləndirdiyi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Viktor Orban ona görə belə bir açıqlama verib ki, Qərb Rusiya ilə müzakirələrə getsin:

“Orban bunu belə göstərməklə Avropa İttifaqının Ukraynada Rusiyaya qarşı uğur qazana bilməyəcəyini, buna görə də Rusiya ilə danışıqlar masasına oturmaqla sülhə nail olmağı arzulayır. Burada eyni zamanda, Donald Trampın ABŞ-də yenidən prezident seçilməsinin də rolu var. Belə ki, Bayden administrasiyası Rusiyaya qarşı tamamilə əks mövqe tutaraq düşmən münasibəti sərgiləyirdi. Tramp isə sülhə nail olacağını deyib. Son vaxtlar həm Orbanın, həm də Slovakiya rəhbərinin tez-tez Rusiya leyhinə açıqlamalar verməsi təsadüfi deyil. Bunlara səbəb həm də ABŞ-da Trampın hakimiyyətə gəlməsinə çox az vaxt qalması, buna görə də artıq ABŞ-ın yeni siyasətinə uyğunlaşmağa çalışmaları ilə əlaqədardır”.

//Gülnarə Abasova, Editor.az