“Bu adam ki, var, Viktor Orban, …o, Türkiyənin lideridir” – Donald Trampbackend

“Bu adam ki, var, Viktor Orban, …o, Türkiyənin lideridir” – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxışında Macarıstanın baş naziri Viktor Orbanı “Türkiyənin lideri” adlandıraraq, onu bu ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla səhv salıb.

Editor.az “Politico”ya istinadən xəbər verir ki, o, bunu Nyu-Hempşirdəki seçki kampaniyasında çıxışı zamanı deyib. “Bu adam var, Viktor Orban, kimsə onun haqqında eşidib? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir”, – Tramp deyib. Tramp həmçinin əlavə edib ki, Orbanın Rusiya ilə “cəbhəsi” var.

//Samir Qurbanov, Editor.az