Bu adam özünü kirayə verir: “Mən sadə şeylərdən başqa…”backend

Bu adam özünü kirayə verir: “Mən sadə şeylərdən başqa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada 35 yaşlı Şoji Morimoto özünü kirayə verir və bu yolla gündəlik 481 manat qazanc əldə edir.

Yenisabah.az xəbər verir ki, gənc adamın yeganə işi qarşı tərəflə sadə bir söhbət etməkdir. Pandemiya dövründə sıxılan və sosiallaşmaq istəyən şəxslərlə ünsiyyət quran Morimoto nəqliyyat və yemək xərclərini də müştərilərə ödədir. O, xüsusilə tənha qalan  və depressiyaya düşən yaponlara yoldaşlıq edir.

Twitter-də 269 mindən çox izləyicisi olan Morimoto üç ildə öz kitabını çıxarıb və bir serialın ilham mənbəyi olub. O, veb saytında özü haqqında bu ifadələrə yer verib: “Mənim kimi heç bir şey etməyən birini kirayələyə bilərsiz. Mənim həmişə vaxtım var. Yemək, içmək və sadə cavablar verməkdən başqa bir şey etmirəm”.

Qeyd edək ki, Osaka Universitetindən fizika məzunu olan Morimoto evlidir və dörd yaşlı bir övladı var. Morimotonun hekayəsi 2018-ci ildə bir “Twitter” mesajı ilə başlayıb.

İlk mesajı bu şəkildə olub: “Mən özümü kirayə verirəm. Mağazaya tək getmək çətindir? Yaxud yanınızda kiminsə varlığını hiss etmək istəyirsiz? Mən sadə şeylərdən başqa heç nə etmirəm”.

Bu xidməti bir müddət pulsuz yerinə yetirən Morimoto, artan tələb və bəzi şəxslərin xidmətdən sui-istifadə etməsi nəticəsində ödəniş almağa başlayıb.