“Bu addımlar sülh müqaviləsinin imzalanmasını ləngidir”- Millət vəkilindən AÇIQLAMAbackend

“Bu addımlar sülh müqaviləsinin imzalanmasını ləngidir”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, martın 6-da Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.

Mediada yer alan xəbərlərə görə, ABŞ tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normalaşmasında maraqlıdır. Buna görə, dəfələrlə tərəfləri danışığa çağırıb. Lakin baş tutan bütün görüşlərin yeganə məqsədi sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək olsa da hər dəfə Ermənistan “öz bildiyini” edir.

Maraqlıdır ki proseslərin sürətlənməsi əvəzinə əksinə geri düşməsi vəziyyəti necə dəyişəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi ilk gündən bəri rəsmi Bakı prosesin qısa müddət içərisində yekunlaşması üçün öz fikirlərini açıq şəkildə elan edib:

“Yekun sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Amma son proseslər onu göstərir ki, Ermənistan daha çox təxribat törətməkdə maraqlıdır. Həm Münhen, həm də bu günlərdə Amerika rəsmisi ilə keçirilən görüşlərdə bu məsələlər tərəflərin diqqətinə çatdırılıb. Tərəflərin məsələni diqqətə alacağına inanırıq.Burada bütün məsuliyyət  Ermənistanın üzərinə düşür. Prosesin taleyi isə rəsmi İrəvanın yanaşmasından və həyata keçirdiyi siyasətdən asılıdır. Əgər bu cür təxribatlar davam edərsə, ölkəmiz bunun qarşısını qəti formada alacaq. Bu hallar yolverilməzdir”.

//Gülnarə Abasova, Editor.az