ABŞ prezidenti Donald Tramp tariflərə qarşı mümkün məhkəmə qərarının ölkənin iqtisadi çöküşü anlamına gələcəyini deyib.
Editor.az bildirir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb: “Əgər məhkəmələr gözlənilməyən tariflərlə bağlı bizim əleyhimizə hansısa şəkildə qərar çıxarsa, bu, digər ölkələrə anti-Amerika tarifləri ilə ölkəmizi girov saxlamağa imkan verəcək. Bu, Amerika Birləşmiş Ştatlarının iqtisadi çöküşü demək olacaq”, – Tramp yazıb.
Qeyd edək ki, mayın 28-də ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Donald Trampın tariflərini qeyri-qanuni elan edib. Məhkəmə aprelin 2-də 185 ölkəyə tətbiq edilən tarifləri, eləcə də Çin (30%), Kanada və Meksikadan (25%) idxal olunan mallara tarifləri və universal 10% tarifləri bloklayıb. Daha sonra ABŞ Apellyasiya Məhkəməsi qərara etiraz edib. Tariflər yeni qərar çıxarılana qədər qüvvədə qalacaq.
ABŞ-ın ticarət naziri Hovard Lutnik tariflərin bloklanması qərarını “axmaqlıq” adlandırıb. Onun sözlərinə görə, məhkəmənin qərarından asılı olmayaraq tariflər qüvvədə qalacaq.
//Samir Qurbanov, Editor.az