“Bu amil regionda Rusiyanın mövcudluğuna son qoyacaq”-AÇIQLAMAbackend

“Bu amil regionda Rusiyanın mövcudluğuna son qoyacaq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılması üçün konkret layihələrin sürətlə həyata keçirilməsi üzərində işləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Rusiya tərəfinin fəal iştirakı ilə Ermənistan və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır”, – M.Zaxarova söyləyib.

Rusiyanın belə açıqlama verməsində əsas məqsədi nədir? Regionda Rusiyanın vasitəçiliyinə ehtiyac varmı?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki,İrəvan və Bakı arasında münasibətlərin normallaşması istiqamətində addımlar atıldıqca bu Rəsmi Moskvanı qıcıqlandırmağa başlayır:
“Artıq başa düşürlər ki, tezliklə İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanacaq. Rusiya isə sülhün imzalanmasına mane ola bilmədiyi üçün, bu prosesin moderatoru olmağa çalışır. Əgər üçüncü tərəfin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasa, bu Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna son qoyacaq. Rusiya öz vasitəçiliyini önə çıxartmağa çalışır. Bunun bir neçə səbəbi var. Birincisi, moderatorluq statusunu qorumaq üçün lazımdır. İkincisi , Rusiya bu gün sivil dünyadan təcrid olunur. Rusiya siyasi səhnədə öz hegamonluğunu qorumaq üçün bu cür addımlar atır. Üçüncüsü, onsuz da təcrid olunmuş Moskva üçün qonşuları ilə normal münasibət  çox əhəmiyyətlidir. Rusiyanın bu məsələdə səmimiliyinə isə qətiyyən inanmaq olmaz. Bu bəyanatlar Rusiyanın öz maraqlarına xidmət edir. Cənubi Qafqazdakı vəziyyət onu düşündürmür”.

//Safura Bənnayeva, Editor.az