“Bu amil Ukraynaya qalibiyyət gətirəcək”- AÇIQLAMAbackend

“Bu amil Ukraynaya qalibiyyət gətirəcək”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna əsgərlərinə təlimlərin keçirilməsi, silahlar, artilleriya sursatları, 155 mm-lik uzaqvuran topların sursatları və bəzi raketlərini Ukrayna ərazisində istehsal etmək mümkündür”.

Bunu Editor.az-a politoloq Natiq Miri Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsin açıqlamasında “Böyük Britaniya ukraynalı hərbçilərin hazırlıq proqramını genişləndirəcək, həmçinin təlimi və hərbi texnika istehsalını Ukrayna ərazisinə keçirəcək”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukrayna bir çox hərbi müdafiə sənayesi məhsullarının istehsalını həyata keçirə bilir:

“Həmin imkanlardan istifadə edərək bu sursatların, raketlərin istehsalını rəsmi Kiyevdə təmin etmək mümkündür. Bu da Ukrayna havadarlarına daha çevik hərəkət etmək imkanı yaradır. Çünki bu texnikaları başqa ölkədə istehsal edib rəsmi Kiyevə gətirmək həm böyük xərc, həm də zaman itkisinə səbəb olacaq. Bu da Ukraynanın əks-hücum əməliyyatlarına ciddi təsir edir. Ancaq bu təlimlər Ukrayna ərazisində yerli şəraitə uyğun olaraq hazırlansa və lazımi texnikalar istehsal olunsa, rəsmi Kiyevin işi çox yüngülləşər, ona yardım edən ölkələrin xərcini də azaldar”.

Politoloqun fikrincə, çeviklik, operativlik və yerli təchizat baxımından sözügedən amil Ukrayna üçün vacib məsələdir:

“Ukrayna artıq istənilən səviyyədə özü üçün lazım olan texnika və silah-sursat istehsalını asanlıqla həyata keçirə biləcək. Bu, olduqca əhəmiyyətli bir addımdır. Uzanan müharibə də Ukraynanın tezliklə qələbəsinə yönəlib”.

//Safura Bənnayeva, Editor.az