“Bu, artıq Birinci Ermənistan-Azərbaycan müharibəsi adlanacaq” – Mühüm açıqlamabackend

“Bu, artıq Birinci Ermənistan-Azərbaycan müharibəsi adlanacaq” – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər bundan sonra Ermənistanla Azərbaycan arasında hansısa silahlı qarşıdurma olarsa, mən “Üçüncü Qarabağ müharibəsi” terminini kənara qoyardım. Çünki Qarabağla problem qurtarıb və olsa-olsa, Ermənistanla Azərbaycan arasında sərhəddə nə isə ola bilər. Bu da artıq Birinci Ermənistan-Azərbaycan müharibəsi adlanacaq. Ancaq təbii ki, bu ehtimallardır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

O, Ermənistan və Azərbaycan arasında sərhədlərin hələ də delimitasiya və demarkasiya edilməməsi əsnasında yeni bir müharibənin başlama iddiasındaa toxunub:

“O ki qaldı xəritələr məsələsinə, bu, adi danışıqlar prosesidir və danışıqlar prosesində tərəflər mövqelərini bildirib, xəritələrini təqdim edir. Yekunda isə bu xəritələr əsasında delimitasiya getməlidir. Hər iki tərəf şifahi olaraq 1991-ci ilin Almatı bəyannaməsini əsas götürüb. Əgər söhbət 1991-ci ildən gedirsə, burada sərhədlər, xəritələr və hər şey məlumdur. İndi ermənilər növbəti manipulyasiya edirlərsə, bu, artıq onların damğasıdır.

Nikol Paşinyan bir həftə əvvəl deyirdi ki, Ermənistanla Azərbaycan arasında heç bir problem yoxdur, eləcə də Qranadada Azərbaycanın 86.6 kv.km ərazisini tanıyıb. Amma sonra deyir ki, Qazaxın 7 kəndi qaytarmırıq, çünki bizim 7 kənd Azərbaycan tərəfindən işğal olunub və s. Əgər bu adam dünən dediyini bu gün danırsa, xisləti artıq məlumdur.

Ermənilər yalançı bir xalqdır. Əgər hansısa dövlət hansısa dövlətlə danışıqlar aparırsa, onun rəhbəri bir sıra manipulyasiyalara əl atırsa, bu, təbii haldır. Amma söylədiklərini bu dərəcədə inkar edib indi başqa cür deyirsə, bu, dünya diplomatiya tarixində yenilikdir”.

Politoloq düşünür ki, hələlik müharibədən danışmağa dəyməz, çünki Azərbaycan müharibə istəmir və buna getməyəcək:

“Əgər Ermənistan tərəfdən hərbi təxribat olarsa, buna cavab verməyə də, erməniləri yerinə oturtmağa da gücümüz var. Lakin hazırda məqsəd budur ki, sülh müqaviləsi imzalansın”.