İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Livan atəşkəsdədir, müharibənin özü hələ bitməyib.
O əlavə edib ki, ölkənin şimalında təhlükəsizlik bərpa olunanda və təxliyə edilən vətəndaşlar öz evlərinə qayıda bildikdə münaqişə sona çatacaq. “Biz indi atəşkəs rejimindəyik. Mən vurğulayıram ki, bu, atəşkəsdir, müharibənin sonu deyil. Bizim aydın məqsədimiz var – sakinləri geri qaytarmaq və şimalı bərpa etmək. Biz bu atəşkəsə dəmir əllə riayət edirik və istənilən pozuntuya cavab veririk”, – Benyamin Netanyahu bildirib.
Xatırladaq ki, noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minib. Dekabrın 2-də tərəflər bir-birini razılaşmaları pozmaqda ittiham ediblər. Livan hakimiyyəti İsrailin ölkənin cənub bölgəsinə endirdiyi zərbələr nəticəsində ən azı iki nəfərin öldüyünü açıqlayıb. İsrail Müdafiə Qüvvələri Livan “Hizbullah2 hərəkatının Har Dov dağı yaxınlığındakı bölgəni minaatanlarla hədəfə aldığını iddia edib. Heç kim xəsarət almayıb.
//Samir Qurbanov, Editor.az