Bu ay hansı nazirlər işdən çıxarılacaq? – Bəziləri üçün sonun başlanğıcı gəlirbackend

Bu ay hansı nazirlər işdən çıxarılacaq? – Bəziləri üçün sonun başlanğıcı gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il ən səs-küylü hadisələrindən biri də Vasif Talıbovun istefası oldu. Ötən ilin noyabr ayının əvvəlindən Naxçıvan Muxtar Respublikasında başladılan antikorrupsiya əməliyyatları siyasi akkordlarla başa çatdı.

Amma bunun son olmadığı deyilir. Gedən proseslər, verilən açıqlamalar, edilən çıxışlar göstərir ki, sensasional istefalar, işdən çıxarılmalar, hətta həbslər olacaq.

Prosesin bitmədiyi, 2023-cü ildə də davam edəcəyi şübhə doğurmur.

Hətta 2023-cü ildə bu prosesin daha da genişlənəcəyi ehtimal edilir.

Maraqlıdır, kadr dəyişikliyi prosesi çərçivəsində daha hansı məmurlar və nazirlər vəzifədən gedəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Vasif Talıbovun istefası ötən ilin ən sensasion xəbəri olsa da bu il daha maraqlı proseslərin şahidi olacağıq:

“Aydın məsələdir ki, Vasif Talıbovun istefası öncədən düşünülmüş bir addımdır. Etiraf etmək lazımdır ki, o və onun kimi bir sıra məmurun vəzifədə qalması təkcə fəaliyyət göstərdikləri regionlar üçün deyil, həm də dövlətin özü üçün ciddi problemdir.

Prezident İlham Əliyevin  illərdir apardığı kadr islahatları və demokratik quruculuq işləri öz nəticəsini verir. Bütün mərkəzdən qaçma meyillərinin qarşısı alınır, daha sədaqətli məmurlar təyin edilir. “Dövlət məmur üçün” prinsipi ilə yaşayan bir sıra məmurlar vəzifədən uzaqlaşdırılaraq dövlətə, xalqa sadiq məmurlar təyin edilir.

Hesab edirəm, 2023-cü ildə də biz yeni istefaların şahidi olacağıq. Hələlik konkret şəxslərin adını çəkmək üçün çox tezdir. Düşünmürəm konkret siyahı var və bu siyahıya uyğun olaraq məmurlar vəzifədən uzaqlaşacaq. Lakin bununla belə dövlətə sadiq olmayan, şəxsi marağını dövlət marağından üstün tutan şəxslərin vəzifədən uzaqlaşması mümkündür”.

Politoloq 2023-cü ildə vəzifədən getməsi mümkün nazirlər haqda danışıb:

“Dediyim kimi, öncədən hansı nazirin vəzifədən gedəcəyini deyə bilmərik. Ancaq mümkündür ki, xarici işlər naziri, müdafiə naziri, daxili işlər naziri bu siyahıda olmayacaq. Çünki hazırda fəaliyyəti ilə ən çox seçilən nazirliklər bunlardır. Nəticə etibarilə 2023-cü il çox maraqlı il olacaq və yanvar-fevral ayından etibarən biz bunu görə biləcəyik”.

Globalinfo