“Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi və Rusiya ilə qarşılıqlı dostluq münasibətinə əsaslanan bir prosesdir”- ŞƏRHbackend

“Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi və Rusiya ilə qarşılıqlı dostluq münasibətinə əsaslanan bir prosesdir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələri İkinci Qarabağ savaşından sonra əldə olunan üçtərəfli razılaşmaya əsasında Azərbaycanın Qarabağ bölgəsində yerləşmişdi. Ancaq Azərbaycanın antiterror tədbirlərindən 2023-cü il 28 sentyabr tarixindən sonra ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsi nəticəsində artıq rus sülhməramlı qüvvələrinin burada qalması sual doğururdu. Artıq onlarında ərazilərimizi tərk etməsi istiqamətində məsələlər gündəmə gəldi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Azərbaycanın prinsipial mövqeyi nəticəsində rus sülhməramlıları da Qarabağı tərk etdi:

“Bu, Azərbaycanın növbəti diplomatik qələbəsi və Rusiya-Azərbaycan arasında qarşılıqlı dostluq etimadına əsaslanan bir prosesdir. Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələri Xocalını tərk etməklə birdəfəlik Azərbaycandan çıxıb getdilər. Onların geri dönüş prosesindən söhbət gedə bilməz. Çünki Ermənistanla Azərbaycan arasında artıq Qarabağ problemi yoxdur, həll olunub. Azərbaycan artıq öz təhlükəsizlik və suverenliyini yüksək səviyyədə təmin edə bilir”.

//Gülnarə Abasova, Editor.az