Bu, Azərbaycanla-Rusiya arasındakı ticarət dövriyyəsinə də mənfi təsir edəcək- İqtisadçıdan AÇIQLAMAbackend

Bu, Azərbaycanla-Rusiya arasındakı ticarət dövriyyəsinə də mənfi təsir edəcək- İqtisadçıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması  səbəbindən bu ölkəyə qarşı sanksiyaların tətbiq ediləcəyi, səhm bazarı və milli valyutası olan rublun dəyərdən düşməsi gözlənilən idi. Artıq həftələrdir ki, bu gərginlik fonunda belə bir addımların atılacağı ehtimalı var idi”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı ekspert qeyd edib ki, bir çox məsələ Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaların sərtliyindən asılı olaraq dəyişəcək:

“Əgər sanksiyaların sərtliyi artacaqsa, o zaman Rusiyanın milli valyutası və səhm bazarının daha da dəyərdən düşməsi ehtimalı  kifayət qədər güclüdür. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi illik təqribən 3 milyard dollara yaxındır. Biz Rusiyaya satdığımızdan  daha çox alırıq. Bank sektoruna tətbiq olunacaq sanksiyalar transaksiyaların keçidi, pul köçürmələr problemli hala gələ bilər və bu, Azərbaycanla-Rusiya arasındakı ticarət dövriyyəsinə də mənfi təsir edəcək. Bu, gözləniləndir. Bundan sonra baş verəcək proseslər tətbiq ediləcək sanksiyaların sərtliyindən aslı olacaq. Bu günə qədər açıqlanan sanksiyalar isə fərdi qaydadadır və ciddi təsiri yoxdur”.

//Gülnarə Abasova, Editor.az