Efirlərdə az-az görünən, lakin şou-biznes nümayəndələrinin də yaxından tanıdığı gənc müğənni Gülşən Əliyeva subaylığın daşını atıb.
ötən gün paytaxtın məşhur məkanlarından birində gənc ifaçının xına mərasimi keçirilib. Gülşənin şad gününə xalq artitsi Gülyanaq Məmmədova, oriental rəqqasə Aytən, gənc xanəndə Almaxanım və digər tanınmış simalar qatılıblar.
Qeyd edək ki, Gülşənin nişanı bu ilin may ayının 30-da baş tutmuşdu.
Bu da müğənninin xına gecəsindən görüntülər:
Milli.az








































