Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli Ukraynanın məğlubiyyətindən sonra Rusiya, NATO və ABŞ arasında münaqişənin yarana biləcəyini deyib.
Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.
Heyli bunu Moskvanın Polşa və Baltikyanı ölkələrlə bağlı iddia edilən planları ilə əlaqələndirib.
“Putin deyib ki, o, Ukraynanı götürəndə növbəti yerdə Polşa və Baltikyanı ölkələr olacaq. İndi o, bu ölkələrin ətrafında əsgərlər yerləşdirir. Bu baş verərsə, NATO ölkələri dərhal Amerikanı müharibəyə sürükləyəcəklər”, – prezidentliyə namizəd deyib.
O, əlavə edib ki, Kiyev Vaşinqtondan Amerika qoşunlarını göndərməyi yox, yalnız texnika və sursatla dəstək üçün xahiş edir.
Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi qüvvələrini döyüş bölgəsinə göndərməmək üçün yardımı davam etdirməlidir.

