“Bu, baş verməsə, döyüş meydanında ciddi nailiyyət görmək mümkün deyil”- ŞƏRHbackend

“Bu, baş verməsə, döyüş meydanında ciddi nailiyyət görmək mümkün deyil”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin Ukraynanın silah-sursat baxımdan təchizatı yetərincə güclüdür və Ukraynanın Rusiya hücumu qarşısında bu günə qədər davam gətirmələrinin başlıca səbəblərindən biri də elə bu yardımlardır. Amma bu gün bu vaxta qədər edilən yardımların Rusiyaya qalib gəlmək və ya onu işğal etdiyi Ukrayna torpaqlarından çıxarmaq üçün kifayət etmədiyini görürürük”.

Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, NATO ölkələri, hətta bu təşkilatlardan kənar qüvvələr Ukraynaya yardım etməklə bu müharibəyə öz töhfəsini verməyə çalışır:

“Amma edilən yardımlar istənilən nəticəni verməkdən hələ uzaqdır. Ramştayna gəlincə Ukrayna orada keçirilən görüşü böyük səbirsizliklə gözləyirdi və lazım olan hərbi texnika, silahların siyahısını da hazırlayıb təqdim etmişdi. Amma görüş bitdi və iştirakçı dövlətlər bir daha ucadan Ukraynanın yanında olduqlarını təsdiq etdilər, ayırdıqları silahların adlarını və növlərini bildirdilər. Təqdim olunacaq silahlar tələb olunandan çox az idi. Ukraynanın ən çox gözlədiyi Almaniya istehsalı olan “Leopard-2″ tankları idi. Amma Qərb bu tankların verilməsi məsələsini heç cür tamamlayıb bitirə bilmir. Deməli, Ukrayna cəbhədə lazım olan silahları almaqda çətinlik çəkir və bu baxımdan uğursuzluğa düçar olur. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Qərb Ukraynaya lazım olan və onun tələb etdiyi silahları vermədikcə döyüş meydanında ciddi nailiyyət görmək mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az