“Bu, BƏƏ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən xəbər verir”-ŞƏRHbackend

“Bu, BƏƏ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən xəbər verir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər uzun illərdir ki, yüksək səviyyədə inkişaf edir”.

Bu sözləri Editor.az-a Azərbaycan -BƏƏ münasibətlərindən danışarkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə rəhbərinin arasındakı şəxsi və ölkələr arasındakı rəsmi münasibətlər əlaqələri zirvəyə qaldırır: “Azərbaycanla BƏƏ arasında həm iqtisadi, həm də siyasi münasibətlər fonunda əməkdaşlıqlar mövcuddur. Həmçinin idxal-ixrac əməliyyatları, qarşılıqlı ticarət əlaqələri getdikcə daha da inkişaf edir.

Həm Azərbaycanın, həm də BƏƏ-nin iş adamları qarşılıqlı şəkildə ölkələrə investisiyalar yatırırlar. Azərbaycan enerji təczizatçısı, həm də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində son illər çox böyük uğurlar əldə edib. BƏƏ ilə münasibətlər bu müstəvidən də inkişaf edir.
Yaşıl enerji sahəsində Azərbaycanın son illər həyata keçirdiyi layihələr, bu istiqamətdə BƏƏ-nin qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Geniş tərkibdə keçirilən görüşlər də BƏƏ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən xəbər verir”.

//Səbinə Hüseynli, Editor.az