Bu bölgə tezliklə Ukraynadan ayrılacaq – SENSASİON AÇIQLAMAbackend

Bu bölgə tezliklə Ukraynadan ayrılacaq – SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karpatyanı bölgə tezliklə Ukraynadan ayrılacaq”.

Editor.az  Bizim.Media-ya istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter jurnalist Qarland Niksonla müsahibəsində deyib.

O bildirib ki, Karpatyanı bölgənin macar əhalisi rəsmi Kiyevin milli siyasətindən çox narazıdır:

“Ona görə də narazı macarlar tezliklə Ukraynadan ayrılmağı planlaşdırırlar. Bu isə Ukraynanın sonu deməkdir.  Karpatyanı bölgədəki macarlar açıq şəkildə deyirlər ki, biz benderlərin nasist hökumətinin rəhbərliyi altında yaşaya bilmirik:

“Burada yaşamaqdan xoşbəxt deyilik. Hər şey dağılmağa başlayan kimi biz də Ukraynadan ayrılacağıq”.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı onu da bildirib ki, Ukraynanın qərbindəki polyaklar da ipi çəkilmiş bombadır:

“Polyaklar da macarlar kimi edəcəklər. Onlar da rəsmi Kiyevin idarəçiliyində qalmaq istəmirlər. Ona görə də tezliklə Ukrayna iqtisadi və siyasi potensiala malik böyük milli dövlət kimi mövcud olmağı dayandıracaq. Ukraynanın yerində  kiçik iqtisadiyyata malik bir neçə respublika yaranacaq. Və bu respublikalar daim Avropa İttifaqından subsidiyalar tələb edəcək”.

Qeyd edək ki, Karpatyanı bölgə əvvəllər Avstriya-Macarıstan İmperiyasının bir hissəsi idi. Birinci Dünya Müharibəsi nəticəsində Habsburq monarxiyasının süqutundan sonra bölgə Çexoslovakiyanın tərkibinə daxil oldu. 1939-cu ildən isə bu ərazinin bir hissəsi Macarıstana məxsus idi, lakin faşist Almaniyasının məğlubiyyətindən sonra Moskvada bölgənin Ukrayna SSR-in tərkibinə daxil edilməsi haqqında müqavilə imzalandı.