“Bu cür provakasiyalar COP29 ərəfəsində daha da artaracaq”- AÇIQLAMAbackend

“Bu cür provakasiyalar COP29 ərəfəsində daha da artaracaq”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COP29 ərəfəsində Azərbaycana qarşı Ermənistan və onun havadarlarının növbəti təxribatlarını müşahidə edə bilərik. Məsələ ondan ibarətdir ki, bu gün Cənubi Qafqaz regionunda sülhün əldə edilməsini istəməyən qüvvələr çox aktiv şəkildə aramsız, fasiləsiz Ermənistanı silahlandırmağa davam edir. Əlbəttə ki, biz sülhdən danışırıqsa, səhnə arxasından yenidən Ermənistanı silahlandırmaq, sülhlə bağlı meyarlara yanaşmadakı fərqlilikləri nümayiş etdirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu gün dünyada bəzi ölkələr sülh prosesinin dəstəklənməsinə səmimi köməklik göstərsə də bir sıra qüvvələr prosesi sabotaj etmək üçün əllərindən gələni edirlər:

“Əlbəttə ki, Azərbaycan öz hərbi sənayesini daha da gücləndirir. Bununla bağlı bizim dövlət iradəmiz var, mövqelərimiz var. Cənab Prezident İlham Əliyev sonuncu açıqlamasında da vurğuladı ki, Azərbaycan Ordusunun və hərbi sənayesinin inkişafı davam edir. Əslində elə ölkəmizdə keçirilən “ADEX” sərgisi və bu sərgi fonunda JF-17C təyyarələrinin alınması, bu təyyarələrlə görüntülər Azərbaycanın Ermənistanı silahlandıran qüvvələrə verdiyi mesajlardır. Eyni zamanda, Ermənistan Azərbaycanda hər hansı bir tədbir olmamışdan qabaq mütləq təxribatlar törədir. Bunun daha əvvəl də şahidi olmuşuq. İndi Azərbaycanda ADEX hərbi sənaye sərgisi keçirilən bir vaxtda Ermənistan qəsdən Naxçıvanı atəşə tutaraq gərginlik yaratmağa çalışır. Hər bir halda genişmiqyaslı eskalasiyaya Ermənistanın cəsarəti çata bilməz. Ancaq bu cür provakasiyalar COP29 ərəfəsində daha da artaracaq”.

//Gülnarə Abasova, Editor.az