“Bu da ölkəmizin ən qısa zamanda necə “cəhənnəmi cənnətə çevirdiyinin” növbəti nümayişidir”- ŞƏRHbackend

“Bu da ölkəmizin ən qısa zamanda necə “cəhənnəmi cənnətə çevirdiyinin” növbəti nümayişidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycan dövləti müharibədən sonra azad olunmuş ərazilərdə çox sürətli şəkildə bərpa-quruculuq işləri aparır. Məcburi köçkünlərin tez bir zamanda öz yurd-yuvalarına geri dönməsi dövlətimizin qarşısına qoyduğu bir nömrəli vəzifədir. Azərbaycan Prezidenti mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edir, yeni tikililərin açılışını edir, eyni zamanda kəndlərin, inşa olunacaq yaşayış yerlərinin, digər obyektlərin təməllərini qoyur.

Siyasi analitik Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti qısa müddət ərzində böyük imkanlar sərf edərək işğaldan azad edilmiş bölgələrdə sürətli abadlıq-quruculuq işləri həyata keçirir:

” Nəzərə almaq lazımdır ki, 30 il ərzində torpaqlarımızın işğalı dövründə Azərbaycan ərazilərində misli görülməmiş vandal aktları həyata keçirilib və işğal altında olan torpaqların təkcə, infrastrukturuna deyil, ekologiyasına, mirasına da  çox böyük zərbələr dəyib. Bu gün Azərbaycan dövləti təkcə “Böyük Qayıdış” prosesini uğurla və mərhələli şəkildə həyata keçirtmir, həmçinin bu prosesdə iştirak edən məcburi köçkünlərimizin vəziyyətinin yaxşılaşdırılması, onların qayıtdığı torpaqda yaşayış səviyyəsinin ən yüksək səviyyəyə çatdırılmasını prioritet siyasət hesab edir. Ölkəmiz artıq hər gün öz yurd-yuvasına qayıdan məcburi köçkünlər fonunda ərazilərdə normal həyat standartlarının bərpasına çalışır. “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən işlər həm geri dönən vətəndaşlarımız, həm cəmiyyətin xeyli hissəsi tərəfindən yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, indiyə qədər Azərbaycan tərəfindən heç bir ölkə və ya təşkilatdan bir manat belə yardım alınmadan bu işlər həyata keçirilir. Bu da ölkəmizin ən qısa zamanda “cəhənnəmi cənnətə çevirdiyinin” növbəti nümayişidir. Əslində Azərbaycan  “Böyük Qayıdış” prosesinin  həyata keçirmə potensialını və işğaldan azad edilmiş bölgələrdə yeni həyatın formalaşması baxımından da bir çox dünya ölkələri, eyni zamanda, müharibədən əziyyət çəkən xalqlara örnək ola bilər”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti bu gün Qarabağda ciddi, sürətli quruculuq işləri aparır:

“Bu “Böyük Qayıdış” Azərbaycan xalqının 30 illik arzusu idi. Mən deyərdim ki, bu xalqın canında olan vətən sevgisi müqayisə edilməz bir şeydir. Təsəvvür edin ki, 30 il torpaqları işğalda qalan bir millət heç vaxt Qarabağı unutmadı, hətta xatırlayıram universitet illərində və digər fəaliyyət sahəsində Qarabağ sakinlərindən soruşanda “haralısan?” hər zaman Qarabağdan olduqlarını böyük bir fəxarətlə dilə gətirirdilər. Bizim xalqın heç vaxt Qarabağa qayıdışa ümidi bitmədi, tükənmədi. Çünki onlar dövlətinə, prezidentinə güvənirdi. Bu gün Qarabağda, hətta o torpaqları görməyən, amma əsli oradan olan gənc nəsil nümayəndələri yaşayır. Qarabağdakı gözəl quruculuq, yaradılan infrastuktur isə məhz insanları burada yaşamağa sövq edən amillərdəndir. Hətta biz bilirdik ki, Qarabağda terrorçular tərksilah olunmayıb, lakin yenə də Böyük Qayıdışın sürətlənməsini arzulayan məhz Qarabağın doğma sakinləri idi. Mən özüm də Qarabağa 1 il fasilə ilə səyahət etmişəm. İşğaldan azad olunan torpaqlara ilk səfərim zamanı gördüyüm dağıntı məni sarsıtsa da sonrakı səfərim məni qürurlandırdı, fəxarət hissi yaratdı. Mən deyə bilərəm ki, bütün Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevin ən böyük dəstəkçisidir. Qarabağın son nöqtəsi bərpa olana kimi Azərbaycan hökuməti quruculuq işlərini davam etdirəcəkdir.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.