Bu dəfə Ermənistan Avropanın ətəyindən daha bərk yapışıb: “Putinin verdiyi açıqlamanın əleyhinə bəyanatlarla…”backend

Bu dəfə Ermənistan Avropanın ətəyindən daha bərk yapışıb: “Putinin verdiyi açıqlamanın əleyhinə bəyanatlarla…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Proseslərdə aparıcı xətt Rusiyaya məxsus olduğu üçün Soçi görüşü Brüssel görüşünü qabaqladı. Lakin Ermənistan hakimiyyəti bütün hallarda Moskva görüşündən sonra birmənalı şəkildə pozuculuq siyasəti seçib. Bu dəfə də həmin yolla getdiyini göstərir. Çünki Ermənistan xarici işlər nazirinin müavinin verdiyi açıqlamada dəhlizdən imtina etməsi, hətta Putinin verdiyi açıqlamanın əleyhinə bəyanatlarla çıxış etməsi onu göstərir ki, Ermənistan növbəti mərhələdə Avropanın ətəyindən daha bərk yapışıb, yəni Qərbin əli ilə Rusiyanı təhdid, şantaj etmək istəyir”.

Bu sözləri Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Siyasi analitikin sözlərinə görə münaqişələrin istiqaməti onu göstərir ki, toqquşma arealı müharibənin nəticələrinə görə Qarabağdan çıxıb və bu areal Zəngəzura yönəlib:

” Ümumiyyətlə, biz istəmirik ki, Zəngəzur məsələsində beynəlxalq münasibətlər toqquşsun, əksinə güclənmiş əlaqələr belə məsələlərin həllinə kömək olmalıdır. Bir çox dövlətlərin bu dəhlizin istifadəyə verilməsində fayda görməsi bu yolun beynəlxalq iqtisadi yollarından biri olması anlamına gəlir. Bütövlükdə bu əməkdaşlıqdan Londondan Pekinə qədər hərkəsin faydalana biləcəyi bir xətt formalaşır. Amma görünən odur ki, yol üzərində çox ciddi savaşlar aparmağa çalışanlar var. Azərbaycan tərəfi regionda bu yolun reallaşması ilə iqtisadi dvidentlərin əldə olunmasının tərəfdarıdır. Ermənistan üçün də bu dvidentlər düşdüyü böhrandan çıxmaq üçün bir yoldur”.

//Gülnarə Abasova, Editor.az