Bu dəfə öz dövlətini itirə bilər: “İndi Ermənistan fikirləşsin ki, ona sülh lazımdır, ya yox…”backend

Bu dəfə öz dövlətini itirə bilər: “İndi Ermənistan fikirləşsin ki, ona sülh lazımdır, ya yox…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfinin sülhlə əlaqəli təkliflərinin özü Azərbaycanın sülh prosesinə ciddi və səmimi yanaşması olduğunun sübutudur”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, məğlub  tərəf kimi Ermənistanın şərtlərinin olması əslində normal deyil, amma Azərbaycan buna humanist yaxınlaşaraq Ermənistanla gələcək prosesləri də nəzərə alıb, bərabər hüquqlu tərəf kimi hərəkət edir:

“Ermənistan bunu doğru qiymətləndirməli və sui-istifadə hallarına yol verməməlidir. Görünən odur ki, sözdə də olsa Paşinyan öz çıxışında bunları anladığını nümayiş etdirir. Əslində burda ədalı fikir axtarmaq yersiz olardı. Paşinyan hansı gününə əda ilə Azərbaycanla danışmalıdır. Hadisələr bütün dünyanın gözü önündədir. Erməni baş nazir əslində öz daxili auditoriyasına çarəsiz durumda olduğunu bəyan etdirir. Nə Fransa, nə də Avropa Ermənistanın yerinə Azərbaycan əsgərinin qarşısına çıxan deyil. Paşinyan da bilir ki, Azərbaycan əsgərinin qarşısına onu sınıq-salxaq dezertir ordusu çıxmalıdır. Bunun da nə ilə nəticələndiyi və nəticələnəcəyi öncədən hamı kimi ona da bəllidir. Siyasi dəstəyə qalanda isə Azərbaycan üçün sülhün bağlanması sadəcə bir faktdırsa, Ermənistan üçün həyati əhəmiyyətli məsələdir. Sülh olmazsa, Azərbaycan yenə də öz düşmənçiliyini davam etdirər, 30 ildə olduğu kimi… Ermənistan isə bir daha düşmənçiliyinin davamında bu dəfə öz dövlətini itirə bilər. İndi Ermənistan fikirləşsin ki, ona sülh lazımdır, ya yox…”

//Gülnarə Abasova, Editor.az