“Bu düşmənçiliyin yeganə həlli Ermənistan rəhbərliyinin siyasətinə düzəlişlərin etməsidir”- Millət vəkilibackend

“Bu düşmənçiliyin yeganə həlli Ermənistan rəhbərliyinin siyasətinə düzəlişlər etməsidir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlumdur ki, bu il ölkədə növbədənkənar prezident seçkiləri keçirildi. Azərbaycan xalqı bu seçkidə müdriklik nümayiş etdirərək Azərbaycana inkişaf və Zəfər bəxş edən siyasi kursun ətrafında yumruq kimi birləşdi. 2003-cü ildə xalqın etimadını qazanan cənab prezident İlham Əliyev bu dövrdə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Cənab İlham Əliyevin müdrikliyinin, qətiyyətli siyasətinin göstəricisi kimi torpaqlarımız azad edilib, Qarabağda erməni faşizminə son qoyulub. Seçki məntəqələrində gördüyümüz kütləvilik də bunu təsdiq etdi. Vətəndaşlarımız Zəfər siyasi kursunun davamında maraqlı olduqlarını təsdiq etdilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, dünən baş tutan and içmə mərasimində prezident İlham Əliyev dövlətimiz üçün yenin dövrün xəritəsini sözlə ifadə etdi:

“Cənab prezidentin də qeyd etdiyi kimi bundan sonra daha güclü iqtisadiyyat, ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Belə ki, indi bütün resurslar ölkənin sürətlə inkişafına yönəldiriləcəkdir. Bu imkanlardan maksimum istifadə olunaraq Azərbaycanın intensiv inkişafı təmin edilməsinin vaxtı çatıb. Mən əminliklə deyə bilərəm ki, Cənab Prezident 20 il olduğu kimi bundan sonra da xalqın etimadını doğruldacaqdır.

Bizi qarşıda gözləyən əsas məsələlərdən biri də sülh müqaviləsinin bağlanmasıdır. Lakin bunun üçün ilk öncə Ermənistan qanunvericiliyində və saxtalaşdırdığı tarixi məlumatlarına dəyişiklik etməlidir. Çünki uzun illərdir, xalqını saxta məlumatlarla beynini doldurub düşmən kimi yetişdirib. Bu düşmənçiliyin yeganə həlli Ermənistan rəhbərliyinin siyasətinə düzəlişlərin etməsidir”.

//Gülnarə Abasova, Editor.az