Bu əlamətləriniz COVİD-in ağırlaşmasına səbəb ola bilər – BİLMƏLİYİK Kİ…backend

Bu əlamətləriniz COVİD-in ağırlaşmasına səbəb ola bilər – BİLMƏLİYİK Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

COVİD-19 pandemiyası ilə mübarizədə dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi ölkəmizdə də verilən qərar və tövsiyələr elmi əsaslara qaynaqlanan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında həyata keçirilir.

Bunu Milli.Az-a açıqlamasında psixiatr Fuad Bəşirov deyib.

Psixiatr bildirib ki, qorxuların, qayğıların, stress faktorunun artması kimi bir çox psixiatrik problem immun sisteminin zəifləməsinə səbəb olur:

“Baxmayaraq ki, bu tövsiyələr və qararlar həyata keçirilir, amma xəstəliyin pandemiya vəziyyətinə qədər gəlib çıxmasının səbəbləri COVİD19-un təbiətindən qaynaqlanan yayılma şəklinin sürətli olmağı və klinik əlamətlərin ağır keçməsidir. Bu da, təbii ki, bu xəstəliklə mübarizəni həm uzadır, həm də çətinləşdirir. Xəstəliyin gedişatının və ya pandemiyanın müddəti ilə əlaqəli olan qeyri-müəyyənlik, eyni zamanda yoluxma sayının həddindən çox olması, ölüm nisbətinin kifayət qədər yüksəlməsi insanlarda qeyri-müəyyənlik yaradır və təhdid hissini artırır. Təhdid hissinin artması, qeyri-müəyyənliyin olması insanlarda stress reaksiyası ortaya çıxarır və bu müddət uzandıqca da həyəcan daha da artır.

Koronavirus pandemiyasının yaratdığı problemlərdən biri də xronki xəstəliyi olanlarda karantin şərtlərinin və ya izolyasiya tədbirlərinin əmələ gətirdiyi davranış dəyişikliyindən ortaya çıxır. Belə ki, bu qaydalara riayət etməyin çətinliyi və bu qaydalara əməl etmə müddətinin uzanmağı xüsusi bir bacarıq da tələb edir. Bu bacarığa adaptasiyada çoxu problem yaşayır. Yenə qayğını, qorxunu artıra bilir. Qısa müddətdə də başqa problemlərə, xüsusilə də psixiatrik problemlərə gətirib çıxarda bilir.

Təbii ki, qorxuların, qayğıların, stress faktorunun artması kimi bir çox psixiatrik problem immun sisteminin zəifləməsinə səbəb olur. İmmun sisteminin zəifləməsi digər virus infeksiyalarının ortaya çıxmasına, eyni zamanda bakterial infeksiyaların ortaya çıxmasına səbəb olur. Və bununla da COVİD-ə yoluxma ehtimalını artırmış olur. Bu da xəstəlik keçirənlərdə gedişatın ağırlaşmasına səbəb ola bilər. Bunları nəzərə alsaq, o zaman belə bir şey ortaya çıxşmış olur: psixiatrik xidmətlər həm pandemiyanın kontrol altına alınmağında, eyni zamanda da xəstəliyin müalicəsində əsas xidmətlərdən birisidir deyə bilərik.

Bəzən o dərmanların qarşılıqlı təsirinə görə psixiatrik dərmanları azaltmalı və ya kəsməli oluruq. O zaman ortaya çıxan psixi problemlərlə necə mübariz aparmaq lazımdır, necə öhdəsindən gəlmək lazımdır sualı ortaya çıxır. Bu da ayrıca bir problem olaraq qarşımızda durur. Eyni zamanda xəstəxanada yatan insanlarda xəstəxanaya bağlı və ya qonşu yataqlarda yatan xəstələrin ağırlıq durumuna görə insan psixoloji problem yaşaya bilər. Bu problem də hazırda bizim qarşımızda olan ən böyük sual işarələrindən biridir.

Bu müddətdə ortaya çıxan psixiatrik problemlərin səbəb olduğu əlamətlərdən biri ürək döyüntülərilə bağlı olaraq nəfəsalmada yaranan çətinlik hissidir və yaxud da istibasma, soyuqbasma hissləridir.  Eyni zaman da qorxunun, hüzursuzluğun, əsəbiliyin, kədər, günahkarlıq, yorğunluq hissinin artması, motivasiyadakı, enerjidəki azalma, fikir qarışıqlığı, diqqəti toplamaqda olan çətinlik kimi əlamətlər bu müddətdə psixiatrik problemlərin yaratdığı ən çox müşahidə edilən əlamətlərdir. Bunlar çox qarşılaşdığımız şikayətlərdir. Təbii ki, bu şikayətlər ortaya çıxdıqdan sonra psixioloji bir yardım alınması gedişatı yüngülləşdirə və bu problemi daha az fəsadlarla başa vurmağa kömək edə bilər.

Psixiologiyamızı qorumaq üçün alacağımız tədbirlər var. Bunlardan biri yuxu rejimidir. Yuxu rejimi dedikdə eyni saatda yatıb durmaqdan, yatmadan əvvəl çay, kofe, siqaret, spirtli içkilərdən uzaq qalmaqdan, yatmadan öncə yeməyi ən azı 3 saat əvvəldən yeməkdən, eyni zamanda yatmadan bir saat öncə şüadan (televizor, telefon) uzaq durmaq yuxu keyfiyyətini artıran, dolayısı ilə immun sistemimizi gücləndirən əsas davranış formalarıdır. Gündəlik 30-45 dəqiqəlik idman hərəkətləri etmək yenə bizim faydamıza olar. Qidalanmaya xüsusilə fikir vermək lazımdır. Çox qidalanmamaq, müxtəlif vitmainli qidalardan qəbul etmək, bol maye içmək yenə COVİD-dən qorunmaq üçün vacibdir. Bu dövrdə bir də ünsiyyət qurmağımız çox önəmlidir. Yaxınlarımızla danışmaq, söhbət etmək bəlkə də evdə olan o boşluqdan istifadə edib telefon vasitəsilə görüntülü olaraq dostlarımızla, COVİD keçirmiş insanlarla xəstəliyi barədə danışaraq içimizdə olan sıxıntıları paylaşmaq və bizimlə paylaşan insanlara da bu yöndə ümid vermək vacibdir.

Başqa və əsas qorxulardan biri də özümüzün və ya yaxınlarımızın COVİD-ə yoluxduqdan sonra başımıza nə gələcəyi haqqındakı olan qeyri-müəyyənlikdir. Çünki bu xəstəlikdən nə qədər qorunmağa çalışsaq da yenə yoluxma ehtimalımız az da olsa var. Yoluxduqdan sonra xəstəliyi necə keçirəcəyimizlə bağlı suallarla qarşı-qarşıya qalırıq. Bu zaman bir növ həkim kimi davranmağımız lazımdır. Xəstəliyin yüngül formaları hansılardır, yüngül, orta və ağır formada xəstəliyi keçirənlərdə simptomlar nələrdir, bunları öyrənərsək,  o zaman COVİD-ə yoluxduğumuzda o simptomlara baxıb gedişatı özümüz də təxmin edə bilərik ki, bu da qeyri-müəyyənliyin nisbətən ortadan qalxmağı ilə dolayısıyla bizim rahatlamağımızla nəticələnər. Çünki bilirik ki, 100 COVİD xəstəsindən 80-i bu xəstəliyi yüngül formada keçirdir”.

Loading...