Bu ərazi Türkiyə və Azərbaycan arasında bölünə bilər – Sülhməramlının gedəcəyi VAXT BƏLLİDİRbackend

Bu ərazi Türkiyə və Azərbaycan arasında bölünə bilər – Sülhməramlının gedəcəyi VAXT BƏLLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı onu Cənubi Qafqazda mürəkkəb duruma salıb. Azərbaycanın şərti sərhəddəki erməni təxribatlarına cavab olaraq ardıcıl hərbi əməliyyatları da, elə Ermənistanın ərazisinə “Qərbin mütəxəsislərini gətirməsi” də belə düşünməyə əsasdır”.

Bunu açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya az itki ilə üzləşmək üçün Cənubi Qafqazdakı mövqeyini Qərbə təhvil verməyə məcburdur:

“Paşinyan anlayır ki, Rusiya Ermənistanı sərt cəzalandırsa Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayacaq və bu ərazi Türkiyə və Azərbaycan arasında bölünəcək. Yəni, Rusiya erməni diasporunu deportasiya edəsi deyil, çünki yüzlərlə Ukraynaya qarşı vuruşan erməni var. Gümridən qoşununu da geri çəkməyəcək, biznesə də mane olmayacaq, çünki o Ermənistandakı iri biznesin sahibidir, icarədarı deyil.

Tutalım Azərbaycana şərti sərhəddə irəliləmək üçün şərait yaratdı, bəs Azərbaycana indi bu addım lazımdırmı, – əlbət ki, yox. Həm də Ermənistan xəritədən silindikdən sonra daha bir relikt dövlətin də aqibəti sual altında qalır – İranın. Ona görə Rusiya Qərbin bizim regiondakı fəallığını həzm etməyə məcburdur ki, az itki ilə məsələni çözsün.

Deməliyəm ki, Praqa sövdələşməsinin nəticəsi artıq gerçəkləşir – onlarla Qərb xüsusi xidmət əməkdaşı müşahidəçi qismində artıq sərhəddədir. Ermənistanla Azərbaycan arasında sülh sazişi hazırlanır. Rusiya indi nə edə bilər? İğtişaş yaratsa belə nə dəyişəcək ki?! Qapıda nə 2008-ci ilin avqustu, nə də 2014-cü ilin fevralıdır. Hansı hadisələrə eyham etdiyimi, yəqin ki, anladınız.

Rusiya artıq Azərbaycan-Ermənistan sülh sazişinin benefisiarı statusunu itirir. Hesab edirəm ki, qlobal fəlakət baş verməzsə, Ermənistanla Azərbaycan Qərbin planı əsasında sülh bağlayacaq. Bu o demək deyil ki, Rusiya prosesdən tam uzaqlaşır. Rusiyanın əlində Qarabağ kartı qalır. Amma Azərbaycan əlində çoxdan “3 tuz” tutub. Deməli ki, Rusiya heç bir məntiqlə Qarabağın Azərbaycana inteqrasiyasının qarşısını ala bilməyəcək. Və yaxud maneə olduğu təqdirdə hər gün düşdüyü ağır vəziyyətin üzərinə Azərbayca-Türkiyə yükü də gələcək.

Məncə, Rusiya qulpsuz çemodan olan Araik-Vardanyan psevdoadministrasiyasına görə bu səhv addımı atmaz. Belə də ki, 2020-ci ilin dekabrından bu günə kimi Qarabağda, Çaylaqqala və Köhnəqışlaqda erməniləri əsir də götürmüşük, Fərrux əməliyyatı da keçirmişik və Rusiya bu proseslərə əsaslı müdaxilə etməyib. Deməli ki, bir qrup Qarabağ ermənisinə görə Rusiya Azərbaycanla münasibəti pozmayacaq.

Düşünürəm ki, ermənilərin Azərbaycana inteqrasiya prosesi ilə paralel Rusiya Azərbaycan ərazisindən çəkilib gedəcək. Bu 2025-ci ilə qədər o halda baş verə bilər ki, Rusiya Ukraynada ciddi fiaskoya uğrasın. Hazırki durum davam edərsə, 2030-cu ilə qədər rusiyalılar Qarabağdadır. Və 2030-cu ildə, düşünürəm ki, Rusiya sülhməramlıları vacib missiyanı şərəflə yerinə yetirmiş qüvvələr kimi, necə deyərlər, qırmızı xalı ilə Azərbaycandan yola salınacaq.

Qərbin belə ağır vəziyyətdə Qarabağ ermənilərinə Türkiyəni nəzərə alıb qoşun göndərməyini də təsəvvür etmirəm. Madam ki, sülh sazişi Ermənistanın suverenliyini təmin edir, deməli ki, Azərbaycanın da suverenliyini təmin etməlidir. Hər cür ədalətsizliyə cavab verəcək Türkiyə – Azərbaycan ittifaqı var ki, heç bir dövlətə bu ittifaqın gücünü sınamağı arzulamıram”.

milli.az