Türkiyənin Ordu bölgəsində dənizin 150 metrliyində 1,5 metr diametrli obyekt tapılıb.
Yenisabah.az xəbər verir ki, həmin yerə araşdırmaçı qrup göndərilib.
Rayonun Sülüburnu ərazisində, Yason burnu yarımadasından təxminən 700 metr aralıda dənizə girən dalğıclar sahildən təxminən 150 metr aralıda və 8 metr dərinlikdə 1,5 metr diametrində mina olduğu düşünülən obyekt aşkar ediblər.
Səlahiyyətlilərlə aparılan müzakirələrdən sonra obyektin partladılmış mina olduğu, lakin qoruyucularının bütöv olduğu müəyyən edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, müəyyən ərazilərdə suya tullanma və üzgüçülük fəaliyyətləri müvəqqəti dayandırılıb.

