Bu erməniyə diqqətlə baxın: sərhədçimiz onun üzünə görün nə yazıb – VİDEObackend

Bu erməniyə diqqətlə baxın: sərhədçimiz onun üzünə görün nə yazıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

01.05.2023  07:20

Bura Laçın sərhəd-buraxılış məntəqəsidir. Çöldə dayanan ermənidir. Sərhədçimiz onun pasportunu yoxlayır. Bu, ermənilərin ümumiləşmiş obrazıdır: Azərbaycan (qanunları) qarşısında beləcə dinməz, söyləməz, farağat dayanmağa məcbur qalıblar. Artıq Laçın sərhəd-keçid məntəqəsinə rentgen aparatı da qoyulub.

30 ildir həyatımızı qaraldan, torpağımızı işğal edən, vətəndaşımızı didərgin salan erməni indi əlimizə baxır. Sənəd qaydasında olmasa, yola davam etməyə icazə verilməyəcək. Ermənilərin indən belə bütün mənalarda yollarını biz müəyyən edəcəyik. Əgər bəziləri revanşistlərə, separatçılara aldanıb müharibə istəsələr, son döyüşə girib, olan-qalan “ordularını” da tarixin zibilliyinə göndərəcəyik. Sülh şəraitində yaşamaq istəsələr, normal həyat təqdim edəcəyik. Seçim onların. Azərbaycan öz qüdrəti və humanizmi ilə ermənilərə ikinci yolu təklif edir. Deyir, insan kimi yaşamaq istəyirsinizsə, şərtlərimizi qəbul edin, separatçıların fitnəsinə uymayın, vətəndaşlıq alın, bütün hüquqlardan yararlanın. Bundan artıq nə deyək onlara?

Son günlər bu mənzərəni əks etdirən foto və videolar sosial şəbəkələrin Azərbaycan seqmentində böyük coşğu ilə paylaşılır. İnsanlarımız sevinc içindədirlər, qürurlanırlar, bir-birini təbrik edirlər. Zarafat məsələ deyil. 30 ildir Azərbaycan bu günlərə təşnə idi. Bir rayonu işğaldan azad edə biləcəyimiz üzərində xəyal qururduq. Şuşanın adını belə çəkmirdik. Bunun xəyalı belə bizə mümkünsüz görünürdü. Ona görə yox ki, bir ovuc erməni ilə bacarmazdıq. Ona görə yox ki, qorxurduq. Ona görə yox ki… Ona görə ki, dünyanın nə qədər ədalətsiz olduğunu bilirdik. Beynəlxalq birlik imkan vermirdi ki, Azərbaycan hərb yolu ilə tarixi ərazilərini işğaldan azad etsin. Sülh yolunu da özləri kəsmişdi – Minsk qrupu deyilən o bədnam üçlük problemin dondurulması üçün əlindən gələni edirdi. Bizə açıqca deyirdilər ki, işğal faktı ilə barışaq, qəbul edək. Erməniləri də ərköyün etmişdi beynəlxalq birliyin kompanentlərindən olan o ədalətsiz qrup. Ermənilərin arxasında dayanmaqla onlara güc-qüvvət, dil, cəsarət verirdilər. İndi hər kəs Ermənistanın arxasından çəkilib – tək-təkə qalmışıq. Görürsünüz, necə köpləri yatıb, dinməzcə sərhədçilərimizin əmrlərinə tabe olurlar. Halbuki torpqalarımızı işğal edib, üzümüzə irişirdilər, bizə acıq verirdilər.

“Son gülən gözəl gülər” deyib atalar. İndi gülmək, qəhqəhə çəkmək növbəsi bizdədir. Həm də haqlı olduğumuz üçün… Söhbət təkcə ondan getmir ki, ermənilər qanunlarımız qarşısında, əslində isə Azərbaycan dövlətinin, ordusunun, diplomatiyasının yaratdığı gerçəklik qarşısında təslim olurlar. Əsas məsələ başqadır: Azərbaycan dövləti də, vətəndaşları da bu mənasız qarşıdurmanın, müharibənin bir an öncə sona çatmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Ermənilərin xəstə təxəyyülünün məhsulu idi Qarabağ münaqişəsi. İşğalçı xislətləri ilə on minlərlə insanın həyatına bais oldular. Həm özlərini, həm bizi, həm də Güney Qafqazı böyük inkişafdan saxladılar. Qarabağı xarabazarlığa çevirdilər. Dünyaya nə qədər vəhşi, barbar xalq olduqlarını öz əməlləri ilə göstərdilər.

Bir zamanlar işğal faktına görə nəzarət edə bilmədiyimiz torpaqlarımızda bu gün ermənilər Azərbaycan sərhədçilərinin, hərbçilərinin nəzarəti ilə hərəkət edir. Qarabağdan Ermənistana bizim iznimizlə, iradəmizlə gedib-gəlirlər. Vaxt var idi Ermənistandan Qarabağa, Azərbaycana tank-top, silah-sursat, hədə, hücum gələrdi. İndi biz Qarabağdan, Laçından Ermənistana bu obrazda erməni göndəririk.

Azər Ayxan