“Bu faktorlar sülh müqaviləsinin imzalanmasını sual altında qoyur”-Politoloq AÇIQLADIbackend

“Bu faktorlar sülh müqaviləsinin imzalanmasını sual altında qoyur”-Politoloq AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kişinyovda keçiriləcək Avropa Birliyinin Siyasi sammitində Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderləri eyni zamanda Avropa Şurasının sədri Şarl Mişelin birgə iştiraki ilə keçiriləcək beştərəfli görüşdə hər hansı sülh müqaviləsi imzalanmayacaq”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə Avropa siyasi toplantısı çərçivəsində Kişinyovda baş tutacaq “böyük görüş”ün tərəflər üçün əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, sözügedən görüşdə sadəcə ümumi bəyanatlar öz əksini tapacaq:

“Bu, sülh istiqamətində irəliləyişin əldə edilməsi üçün bir platformadır. Hesab edirəm ki, Fransa əgər prosesdə iştirak edirsə, hər hansı sülhdən söhbət gedə bilməz. Digər tərəfdən Ermənistanın irəli sürdüyü müəyyən təkliflər sülh müqaviləsinin imzalanmasını sual altında qoyur. Çünki Qarabağ barədə “hüquqi və təhlükəsizlik”, qoşunların düzgün formada geri çəkilməsi və anklavlarla bağlı məsələləri qabardırlar”.

Politoloq qeyd edir ki, bu kimi nüanslar tezliklə hər hansı əhəmiyyətli irəliləyişin olacağını və sülh müqaviləsinin bağlanacağını real etmir:

“Sadəcə həmin görüşlər sülh istiqamətində müəyyən dinamika və irəliləyişdir. Ermənistan baş naziri Nikol Paşinyanın siyasi iradə göstərərək sülh müqaviləsinə getməsi gözlənilmir. Paşinyan çalışır ki, beynəlxalq vasitəçiləri Qarabağa cəlb etsin. Bu prosesdə xüsusilə də Fransanın rolunu qabardır. Ona görə də Azərbaycan bu məsələdə maraqlı deyil və razılıq verməyəcək. Növbəti görüşlər də gözləniləndir. Planlanan Kişinyov görüşü isə sıradan görüşlərdən biri olacaq”.

//Safura Bənnayeva, Editor.az