Dünyanın ən çox gəlir gətirən filmi “Avatar”ın 13 ildən sonra ikinci seriyası çəkilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, “Avatar: The Way Of Water” filmi dekabrın 16-da kinoteatrlarda nümayiş etdiriləcək. Bu həftə “Youtube”da yayımlanan 90 saniyəlik treylerə 1 gündə 10 milyon baxış olub.
İlk filmdə rol alan Sem Vertiqton, Zoe Saldana və Siqoney Viver yenidən filmdə rol alıb. Bundan əlavə bu dəfə filmdə yeni aktyorlar da obrazlara həyat veriblər. Keyt Vinslet, Mişel Yeuh, Vin Disel və Edil Falko aktyor heyəti arasında yer alıb.
Qeyd edək ki, rejissoru Ceyms Kemeron olan filmin ilk seriyası 3 milyard dollar gəlir gətirmişdi.
//Nəzərbəy, Editor.az

