Bu gecə həlledici ola bilər – İranı nə gözləyir?backend

Bu gecə həlledici ola bilər – İranı nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə ABŞ İran ərazisinə quru qoğunları yerdidə bilər. Hücumun əsas hədəfi İslam Respublikasının Xərq adasıdır.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Tehran adaya əlavə qüvvələr göndərir və sahilboyu minalar yerləşdirir.

Bölgədəki son prosesləri şərh edən Böyük Britaniya İşçi Partiyasının keçmiş lideri, analitik Ceremi Korbin hesab edir ki, amerikalıların atəşkəs və danışıqlar barədə ritorikası tələdən başqa bir şey deyil. Onun fikrincə, ABŞ sonradan deyəcək ki, guya danışıqlar təklif olunub, lakin İran bunu qəbul etməyib və buna görə də quru əməliyyatına başlamağa məcbur qalıblar.

Ceremi Korbin mümkün quru müharibəsinin tarixlərini də qeyd edib – onun ehtimalına görə, əməliyyat martın 27-dən 28-nə keçən gecə başlaya bilər.

O bildirib ki, əgər proqnoz verməli olsa, çox ümid edir ki, yanılır, lakin onun qənaətincə, Tramp cümə gecəsi, fond birjaları, neft və digər xammal, həmçinin valyuta bazarları

bağlandıqdan sonra bu “saxta və mövcud olmayan danışıqlar” mövzusunu bağlayacaq və həmin vaxt İrana qarşı hərbi hücuma başlayacaq.

“The Wall Street Journal” da yazır ki, İrana qarşı quru əməliyyatı yaxın vaxtlarda başlaya bilər. Vaşinqtonun İsraili hücuma hazırlıq barədə məlumatlandırdığı bildirilir. ABŞ rəsmiləri müttəfiqlərinə deyiblər ki, “görünür, başqa seçim qalmayıb”.

“The Jerusalem Post” isə qeyd edir ki, ABŞ-ın əsas məqsədi İranın neft ixracının mərkəzi olan Xərq adasını ələ keçirməkdir. Bu adadan ixrac olunan yüklərin 90 faizi Çinə göndərilir.

Eyni zamanda, Tehran hücum ehtimalına qarşı hazırlıq görür: adaya əlavə qüvvələr göndərilir və sahilboyu minalar yerləşdirilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, həyat yoldaşı, gəlini, kürəkəni, nəvəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.