Bu gecə Ukrayna qaranlığa qərq ola bilərbackend

Bu gecə Ukrayna qaranlığa qərq ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 8-də rusların enerji sisteminə hücumları səbəbindən bütün Ukraynada elektrik enerjisinin verilişində fasilələr yarana bilər.

Bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb. Şirkət qeyd edib ki, bu gecə işğalçılar martın 22-dən bəri enerji obyektlərinə beşinci kütləvi raket və dron hücumunu həyata keçiriblər. elektrik generatorları zədələnib. Ukrenerqonun mərkəzi bölgədəki obyektlərindən birindəki avadanlığa da nəzarətsiz pilotsuz uçuş aparatları zərər verib.

Zərərçəkmiş obyektlərdə Fövqəladə Hallar Dövlət Xidməti işləyir, qəza-bərpa işləri davam edir. Ukrayna elektrik stansiyalarında hərbi əməliyyatlar və avadanlıqların yeni zədələnməsi səbəbindən enerji sistemində elektrik enerjisi çatışmazlığı yaranıb. Doqquz rayonda bəzi abunəçilərin enerjisi kəsilib: “Bu gecə saat 18.00-dan 23.00-a qədər bütün Ukraynada məişət və sənaye istehlakçılarını məhdudlaşdırılması mümkündür ”, – mesajda deyilir. Şirkət xüsusilə saat 18.00-dan 23.00-a kimi elektrik enerjisindən qənaətlə istifadə etməyi xahiş edir.

//Samir Qurbanov, Editor.az