Rusiya Federasiyasının Kursk vilayəti və Krasnodar vilayətinin hava məkanından Ukraynaya doğru 56 ədəd “Şahed-131/136” pilotsuz təyyarəsini buraxıblar.
Hücumun əsas istiqaməti Kiyev vilayəti olub. Müdafiə qüvvələri hava hədəflərinin əksəriyyətini məhv edib. “Zenit döyüşü nəticəsində Kiyev, Çerkassı, Vinnitsa, Poltava, Sumı, Zaporojye, Kirovoqrad, Nikolayev, Dnepropetrovsk və Çerkassı vilayətlərində düşmənin 53 hücum PUA-sı vurulub ”, – Silahlı Qüvvələrdən məlumat verilib.
//Samir Qurbanov, Editor.az