Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan yolları başına taxılmış kepkası ilə fəth edir.
Editor.az axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransına yeni imici – kepkalı getməsi haqda qeyd edib.
“Qulaq asın, Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Hanı protokol? Ora Avropadır, Münhendir, Qərb siyasətinin aparıcılarıdır – Paşinyan isə İcevandakı kolxoz bazarında ərik satıcısı kimi geyinib. Axı insanı geyiminə görə qarşılayırlar.
Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var – bəlkə də heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını söyləyəcək. Başınız üşüyürsə (halbuki Münhendə çox istidir), kepka yerinə dəbli şlyapa qoyun, ya da kapüşonlu gödəkcə də pis deyil”.

