“Bu görüş Azərbaycanın beynəlxalq miqyasda vasitəçilik missiyasının göstəricisidir”- ŞƏRHbackend

“Bu görüş Azərbaycanın beynəlxalq miqyasda vasitəçilik missiyasının göstəricisidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda Türkiyə və İsrail nümayəndələri arasında Suriya məsələsinə dair görüşün keçirilməsi çox müsbət haldır. Əvvəla ona görə ki, Azərbaycanla əlaqələri yüksək səviyyədə olan bu iki dost ölkənin indiki münasibətlərinin gərgin vəziyyətdə qalması ürəkaçan deyil”.

Bunu Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

O bildirib ki, sözügedən görüş Azərbaycanın Türkiyə və İsrail arasında münasibətlərdəki gərginliyin azaldılması ilə bağlı fəaliyyətinin göstəricisi sayılmaqla yanaşı, eləcə də regionda böhranın zəifləməsi, gərginliyin azalması üçün təkan verə bilər:

“Bu həm də Azərbaycanın beynəlxalq miqyasda vasitəçilik missiyasının göstəricisidir. Məsələn, Prezident İlham Əliyev də çıxışında vurğuladığı kimi, Türkiyə və İsrail arasında əvvəlki anlaşılmazlığın aradan qaldırılmasında Azərbaycanın uğurlu vasitəçiliyi olub. Hesab etmək olar ki, bu görüşün təşkili perspektivdə anlaşılmazlığın aradan qaldırılmasına kömək edə bilər. Bakı görüşündə Türkiyə və İsrail nümayəndələri növbəti görüşün keçirilməsi ilə bağlı razılıq əldə ediblər”.

//Gülnarə Abasova, Editor.az