“Bu görüş sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə yeni impuls verə bilər”- Millət vəkilindən AÇIQLAMAbackend

“Bu görüş sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə yeni impuls verə bilər”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət rəhbərləri səviyyəsində keçirilən hər bir görüş sülh müqaviləsinin imzalanması ilə bağlı mövqelərimizi bir az da yaxınlaşdırır. Belə ki, keçən ilin oktyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdisə, bu ilin may ayında isə Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və anklav kəndlərimiz də daxil olmaq şərtilə tanıdığını rəsmən bildirdi. Növbəti mərhələdə isə Paşinyan sözlə dediklərini rəsmi olaraq kağız üzərində imzalamaqla təsdiq etməlidir. Əslində bu imzaların qoyulması və sülh müqaviləsinin imzalanması üçün razılaşdırılmamış çox məsələ yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bu həftə Brüsseldə baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü şərh edərkən deyib.

O sülh müqaviləsinin imzalanması üçün Ermənistanın siyasi iradəsini ortaya qoymalı olduğunu deyib:

“Sülh müqaviləsinin imzalanması regionda yeni reallıq yaradır. Bu yeni reallıq regiona təhlükəsizlik və əməkdaşlıq gətirəcək. Azərbaycan sülh müqaviləsinin şərtlərini Ermənistana təqdim etməklə bu yeni reallığa hazır olduğunu bəyan edib. Ermənistan da konstruktiv mövqe sərgiləyərək sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə töhfə verərsə, Cənubi Qafqazda düşmənçilik meylləri tarixdə qalar. Brüssel nəzərdə tutulan növbəti görüşdə sülh müqaviləsinin imzalanacağını hesab etmirəm. Amma bu görüş sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə yeni impuls verə bilər”.

//Gülnarə Abasova, Editor.az