BU, GÖZLƏNİLMİR: “Yoluxma sayı kəskin artsa belə məktəblərin bağlanması müzakirə predmenti deyil”backend

BU, GÖZLƏNİLMİR: “Yoluxma sayı kəskin artsa belə məktəblərin bağlanması müzakirə predmenti deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Hal-hazırda 29 sentyabrdan bərpa edilmiş tədris mütəmadi olaraq yoluxmaların baş verdiyi məktəb siniflərində qapanmalarla müşahidə edilir. Lakin 29 sentyabrdan ölkədə hər hansı bir ümumtəhsil məktəbində tam qapanma müşahidə edilməyib. 6 məktəb, 210-na yaxın sinif yoluxma hallarına görə 14 günlük distant təhsilə keçib. Təbii ki, bu gün artıq yoluxma sayındakı sürətlə artım və bunlar arasında şagird, müəllimlərin olması insanları narahat edir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti hesab edir ki, yoluxma sayı yenidən distant təhsilə keçməyimizə əsas vermir:

“Hətta bu rəqəmlər daha da çox olsa belə orta ümumtəhsil məktəblərində hər hansı bir qapanma gözlənilmir. Ona görə ki ölkədə yalnız orta ümumtəhsil məktəbləri yeganə məkandır ki, insanlar burada mütəmadi yoxlanılır. Ölkəmizdə orta ümumtəhsil məktəblərində 1.6 milyon şagird, 150 min müəllim, digər texniki işçilər var. Orta məktəblər öz ətrafında 2 milyondan çox insanı birləşdirir və bu qədər insan hər gün müəyyən yoxlamalara cəlb edilir. Qeyd edim ki, ölkədə heç bir müəssisədə belə bir yoxlama həyata keçirilmir ki, kiminsə temperaturu varsa, koronovirus əlaməti varsa cəmiyyətdən təcrid edilsin. Bu amil onu deməyə əsas verir ki, biz məktəbləri açıq saxlamalıyıq ki, hərhansı bir yoluxma müşahidə edilmiş şəxslər tədris prosesindən kənarlaşdırılsın, onların digər insanlara yoluxma imkanı yaradılmasın. Əksinə biz məktəbləri bağlasaq bu insanlar bir-birlərinə rahatlıqla yoluxdura bilərlər. Ona görə də biz yoluxma sayının artmasından narahat olmamalıyıq”.

K. Əsədovun sözlərinə görə hal-hazırda ölkədə milyonlarla insan hər iki doza vaksin vurdurub:

” Orta ümumtəhsil məktəblərindəki müəllimlərin 80 faizə qədəri artıq üçüncü “Buster” dozanı da vurdurub. İnsanlarımız artıq ağır, orta, aşağı səviyyədə yoluxmanı həyata keçiriblər, insanlarda virusa qarşı müəyyən qədər immunitet yaranıb. Bütün bunlar bizə məktəbləri bağlamağa əsas vermir. Birmənalı olaraq məktəblərin yenidən distant təhsilə keçməsinin tərəfdarı deyiləm. Çünki şagirdlər yenidən məsafədən təhsilə hazır deyillər. Onlar komputer, planşetlə bütün fənləri keyfiyyətli şəkildə öyrənə bilmirlər. Bütün hallarda məktəblərin bağlanması müzakirə predmenti deyil və bu, gözlənilmir”.

//Gülnarə Abasova, Editor.az