Co Bayden İsrailin baş naziri ilə İranın hücumuna cavab tədbirlərini müzakirə edəcəkbackend

Co Bayden İsrailin baş naziri ilə İranın hücumuna cavab tədbirlərini müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden bu gün, oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı etməyi planlaşdırır.

“Axios” mənbələrə istinadən xəbər verir ki, onlar İsrailin İranın hücumuna cavabını müzakirə edəcəklər. Oxşar məlumatı “Reuters” də təqdim edir. Bayden və Netanyahu arasında gözlənilən söhbət iki aydan sonra ilk söhbət olacaq. “Axios”un məlumatına görə, İsrailin baş naziri bundan əvvəlki gecə İrana qarşı hücumların miqyasını və vaxtını müəyyən etmək üçün nazirlər, hərbi və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə bir neçə saat danışıb. Adını açıqlamayan İsrail rəsmiləri bildiriblər ki, İsrailin cavabı “əhəmiyyətli olacaq” və çox güman ki, İrandakı hərbi hədəflərə hava hücumları və Tehranda HƏMAS lideri İsmayıl Haniyəni öldürən kimi, gizli hücumlar kombinasiyasını əhatə edəcək. Buraya İranın neft infrastrukturunu hədəf almaq da daxildir, lakin Co Bayden buna qarşı çıxır.

“Reuters”in məlumatına görə, Bayden zəng zamanı “İsrailin cavabının məqsədəuyğun olub-olmadığına dair fikirlərini bildirməyə ümid edir”. ABŞ prezidenti və İsrail baş nazirinin Livan və Qəzza zolağındakı müharibələri də müzakirə edəcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az