Bu gün ABŞ Ukraynaya 150 milyonluq yeni hərbi yardım paketini elan edəcəkbackend

Bu gün ABŞ Ukraynaya 150 milyonluq yeni hərbi yardım paketini elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün – iyunun 25-də Birləşmiş Ştatlar Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.

Editor.az bildirir ki, bu barədə “Associated Press” iki amerikalı rəsmiyə istinadən xəbər verir. Agentlik qeyd edir ki, paketə “kritik ehtiyac duyulan” sursatlar daxildir. AP-nin məlumatına görə, yeni göndərmə HIMARS çoxsaylı buraxılış raket sistemi mərmiləri, 105 və 155 mm-lik artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlardan atəş və qumbaraatanlardan ibarətdir.

Mənbələr uzun mənzilli ATACMS raketlərinin yardım paketinə daxil olub-olmayacağına cavab verə bilməyiblər.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də açıqlanıb. Daha sonra ABŞ prezidenti Co Bayden Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. 225 milyon dollarlıq yardım paketinə döyüş sursatı, minaatan sistemləri və artilleriya mərmiləri daxildir.

//Samir Qurbanov, Editor.az