Bu gün, oktyabrın 10-da G4 və ya daha yüksək səviyyəli maqnit qasırğasının başlayacağı gözlənilir.
“Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, onun gücü bu ilin may ayında baş verən tufanlarla müqayisə oluna bilər. “Maqnit qasırğalarının çox güclü olacağı, G4 sinfinə və ya daha yüksək səviyyəyə çatacağı və uzunmüddətli olacağı gözlənilir” – deyə sinoptik öz Telegram kanalında qeyd edib.
Onun sözlərinə görə, maqnit qasırğaları şənbə günü, lakin daha az qüvvə ilə davam edəcək və onların başa çatması yalnız bazar günü gözlənilir. Ekspertin fikrincə, qarşıdan gələn maqnit qasırğası mayın 10-12-də baş verən hadisələrlə rəqabət apararaq bu ilin ən güclü və davamlılarından birinə çevrilə bilər.
Daha əvvəl günəşdə güclü parlamanın plazmanı Yerə doğru atdığı bildirilib.
//Samir Qurbanov, Editor.az

