Bu gün Amerikanı axmaqlar idarə edir – keçmiş prezident Donald Trampbackend

Bu gün Amerikanı axmaqlar idarə edir – keçmiş prezident Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd, ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, hazırda ölkədə hakimiyyətdə “axmaqlar var”.

Editor.az bildirir ki, bu sözləri o, ABŞ-ın Nyu-Hempşir ştatında keçirdiyi seçki mitinqində deyib.

Siyasətçi həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenə qarşı bir sıra ittihamlar səsləndirib. “Bizi axmaqlar idarə edir. İndi bizdə Co Bayden vəzifədədir. Əminliklə deyə bilərəm ki, o, tarixdə ən çox korrupsiyaya uğramış ABŞ prezidentidir. Açığını deyim ki, o, indiyə qədər rastlaşacağınız ən səriştəsiz prezidentdir.

Onunla biz üçüncü dünya müharibəsinə cəlb oluna bilərik”.
Donald Tramp daha əvvəl bəyan etmişdi ki, dünya hazırda üçüncü dünya müharibəsinin başlanmasına “təhlükəli dərəcədə yaxındır” və buna bənzər vəziyyət əvvəllər heç vaxt müşahidə olunmayıb.

Eyni zamanda, siyasətçi 2024-cü il seçkilərinin nəticələrinə görə dövlət başçısı postuna qayıdacağı təqdirdə yeni dünya müharibəsinin başlanmasının qarşısını ala biləcəyinə əminliyini ifadə edib.

//Samir Qurbanov, Editor.az