Bu gün Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaqbackend

Bu gün Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

“Report”un məlumatına görə, bununla da turnirin ilk finalçısı bəlli olacaq.

Birinci matçda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Neftçi” bu dəfə rəqibini “Bakcell Arena”da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.

Digər yarımfinal matçında isə “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel

20:00. “Neftçi” – “Turan Tovuz”
Baş hakim: Fərid Hacıyev
İlk oyun – 0:1
Bakı, “Bakcell Arena”

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.