Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcəkbackend

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək.

“Report” xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Turan Tovuz” klubu Bakıda “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20.30-da start veriləcək.

Çempionluğu təmin edən ağdamlılar 79 xala malikdir. Tovuz klubu isə 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.