“Bu gün Azərbaycanla Ermənistanın nə ABŞ-ın, nə Rusiyanın vasitəçiliyinə ehtiyacı qalmayıb”-Millət vəkilibackend

“Bu gün Azərbaycanla Ermənistanın nə ABŞ-ın, nə Rusiyanın vasitəçiliyinə ehtiyacı qalmayıb”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan münaqişəsinin 30 il həll olunmamasının kökündə dayanan əsas məsələ hər zaman kənar güclərin bu münaqişəni əbədiləşdirmək istəklərindən irəli gəlib. Amma Azərbaycan dövləti öz suveren ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacağını bildirərək güc yolu ilə döyüş meydanında işğala son qoydurdu. Bu gün ərazilərimizin suverenliyi artıq təmin olunub. Gündəlikdə qalan əsas məsələ isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, yenə də kənar güclər regiona olan maraqlarından əl çəkmir və Cənubi Qafqaz regionunu gərginlik altında saxlamağa çalışır:

” O cümlədən sülh müqaviləsinin imzalanmasına təşəbbüs göstərməyə çalışanlar da bu təşəbbüsün altında gizli niyyətlərini reallaşdırmağa cəhd edir. Təbii ki, kənar müdaxilələrin olması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına maneədir. Əgər onlar həqiqətən Cənubi Qafqazda sülh istəyirlərsə müdaxilə etməsinlər və çəkilib kənarda dayansınlar. Azərbaycan və Ermənistana münasibətlərinin normallaşdırılması üçün kənardan verilən dəstəyə ehtiyac yoxdur. Ölkələrimiz artıq ikili formatda, vasitəçisiz birbaşa danışıqlar yolu ilə məsələləri yoluna qoymağa başlayıb. O cümlədən sülh müqaviləsinin mətni də müzakirə olunur. Artıq sülh müqaviləsi ilə bağlı çoxlu məsələlər qarşılıqlı şəkildə razılaşdırılmışdır. Bu gün Azərbaycanla Ermənistanın nə ABŞ-ın, nə Rusiyanın vasitəçiliyinə ehtiyacı qalmayıb. Hesab edirəm ki, dövlətlərimiz özləri öz problemlərini yoluna qoyacaqdır. Çünki bu regionda biz yaşayırıq və sülh müqaviləsinin imzalanması bizim özümüzə qədər kənarda olan heç kimə lazım deyil”.

//Gülnarə Abasova, Editor.az