”Bu gün biz benzinin qiymətini 10 qəpik etsək,dünyada bir ajotaj yaranar ki….”backend

”Bu gün biz benzinin qiymətini 10 qəpik etsək,dünyada bir ajotaj yaranar ki….”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dünyanın tərkib hissəsidir və dünya iqtisadiyyatında baş verən hadisələr bizə də təsirsiz ötüşmür”.

Bu sözləri editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev benzinin qiymətinin artmasından danışarkən belə deyib.

Onun sözlərinə görə, ölkəyə idxal olunan hər hansısa bir məhsulun qiyməti dünya bazarından asılıdır:

‘’Bu gün biz benzinin qiymətini 10 qəpik etsək, dünyada bir ajotaj yaranar ki, Azərbaycanda benzin bu qədər ucuzlaşdı. Biz iqtisadiyyatımızı dünya iqtisadiyyatına uyğun tənzimləyiriksə, dünyanın başqa ölkələrində benzin qiyməti Azərbaycandakından qat-qat çoxdursa, biz də buna uyğunlaşmalıyıq’’.

Millət vəkili qeyd edir ki, benzin qiymətinin artımı müəyyən sahələrə təsir edəcək:

‘’Lakin süni şəkildə qiymət artımı yolverilməzdir. Benzinin qiyməti 5 qəpik artır və bundan istifadə edərək ərzaq məhsullarınının qiymətini süni şəkildə ondan üç qat daha çox bahalaşdırırlar. Buna ciddi şəkildə nəzarət olunmalıdır’’.

Gülnarə Abasova, Editor.az