Bu gün BMT Baş Assambleyasında Ukraynanın “sülh formulu” səsverməyə çıxarılacaqbackend

Bu gün BMT Baş Assambleyasında Ukraynanın “sülh formulu” səsverməyə çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın təklif etdiyi “sülh formulunu” ehtiva edən qətnamə layihəsi bu gün – cümə axşamı BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq.

Editor.az bildirir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə bildirib. Onun sözlərinə görə, “Rusiyanın bütün gücü ilə qarşısını almağa çalışdığı, genişmiqyaslı müdaxilənin faciəli ildönümü münasibətilə qətnamə layihəsinin mətni bizi tam qane edir.

Sənəd ilk növbədə Rusiyadan öz silahlı qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılmasını, hərbi əməliyyatların dayandırılmasını tələb edəcək, həmçinin Ukraynanın “sülh formulu”nun əsas müddəalarını birləşdirəcək. “Pərdəarxası sərt mübarizə gedir, lakin bütün mövcud prosessual vasitələrdən istifadə edərək, qətnamənin qəbuluna qarşı çıxmağa çalışan Rusiya və onun “peykləri”nin cəhdlərinə baxmayaraq, biz əminik ki, Ukrayna qətnaməsi uğurla səsverməyə qoyulacaq”, – deyə Kuleba bildirib. Qeyd edək ki, bir gün əvvəl Volodimir Zelenski BMT Baş Assambleyasının fevralın 23-də Ukrayna “sülh formulu”na dair qətnaməyə səs verəcəyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az